EN

Papa XIV Leo Qəzzaya çağırış etdi

Vatikan Dövlətinin başçısı və Katolik Kilsəsinin ruhani lideri Papa XIV Leo bildirib: “Bütün səlahiyyətli şəxslərə Qəzza xalqına yardım etmələri, onlara dəstək göstərmələri və yenidənqurma işlərinə başlamaları üçün çağırış edirəm.”

SİA xarici KİV-ə istinadən xəbər verir ki,

Vatikan Dövlətinin başçısı və Katolik Kilsəsinin ruhani lideri Papa XIV Leo İsrail ordusunun beynəlxalq sularda hücum edərək saxladığı Qlobal Sumud Donanması fəallarına münasibətlə bağlı da açıqlama verib. Papa “Orada hər kəsin insan hüquqlarına hörmət olunması üçün yeni çağırış etməliyik” deyib.

Qəzzadakı ağır vəziyyətə də toxunan Papa bildirib: “Təəssüf ki, Qəzza xalqı hələ də humanitar yardım ala bilmir. Bu, etirazlara, çətinliklərə, hətta donanmada iştirak edənlərin fəaliyyətinə səbəb olur. Bunu bir daha vurğulayıram: bu təkcə dəvət deyil, çağırışdır. Bütün səlahiyyətli şəxslərə Qəzza xalqına yardım etmələri, onlara dəstək vermələri və yenidənqurma işlərinə başlamaları üçün çağırış edirəm. İnsanlar hələ də əziyyət çəkirlər. Nifrət və zorakılıq hər yerdə pis nəticələr doğurur.”

Müəllif: Günay Hacıyeva
Chosen
39
1
sia.az

2Sources