EN

Məşhur aktyora qarşı zorakılıq ittihamı

Kulis.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Almaniyanın Potsdam şəhər prokurorluğu məşhur aktyor Kristian Ulmenə qarşı istintaqa başlayıb.

Kulis.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Ulmenin keçmiş həyat yoldaşı Kolliyen Fernandes aktyoru məişət zorakılığında günahlandırıb. Qadın sənətçinin onu mütəmadi olaraq döydüyünü iddia edir. O, xüsusilə 2022 və 2023-cü illərdə İspaniyada baş vermiş zorakılıq hadisələri barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Aktyorun sabiq həyat yoldaşı onu həmçinin "rəqəmsal zorakılıq"da da ittiham edir. Prokurorluq hazırda bu iddiaları araşdırır.

Məlumata görə, Kolliyen Fernandes bir neçə il yaşadıqları İspaniyada da Ulmendən şikayət edibmiş. Lakin bu ilin aprel ayında Palma-de-Malyorka məhkəməsi istintaqın Almaniya hüquq-mühafizə orqanlarına dövr edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Kristian Ulmen tamaşaçılara "Maço mən", "Kabuslar üçün tələ", "Böyük şəhərdə kişilər", "Berlin blüzü" və "Sevgidə azmışlar" kimi tanınmış layihələrdəki rolları ilə tanışdır.

Narkotik təbliğatında təqsirli bilinən reperlə bağlı məhkəmə qərarı

İzmir və Antalyada Azərbaycan rəssamlarının sərgiləri açılacaq

Nihat Pirin ilk hekayələr kitabının təqdimatı olacaq

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
1
kulis.az

2Sources