Heç kim Ermənistana Avrasiya İqtisadi İttifaqında qalması üçün yalvara bilməz.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Ermənistanın bu birlikdəki fəaliyyəti ilə bağlı aydınlaşdırmaya ehtiyac var.
Kremlin sözçüsü Avrasiya İqtisadi İttifaqı Şurasının gündəliyinin Ermənistanla bağlı vəziyyətə görə mürəkkəb olduğunu da vurğulayıb: “Hazırkı sammit Ermənistanın taleyini həll etməyəcək. İrəvan Avrasiya İqtisadi İttifaqının tədbirlərində iştirak etməyə davam edəcək. Ermənistanın Avrasiya İqtisadi İttifaqından dividentləri təmin edilir, lakin bunun Avropa İttifaqında baş verib-verməyəcəyi məlum deyil. Ermənistanın hərəkətləri digərlərinin inteqrasiyasına mane olmamalıdır”.
Peskov Putin və Paşinyan arasında hazırda heç bir təmasın planlaşdırılmadığını da əlavə edib.