EN

"Türk birliyinə qadın könüllülərinin töhfəsi"

Yazını böyüt
Yazını kiçilt

Mayın 25-də Qazaxıstan səfirliyi Beynəlxalq Qadınlar Klubunun təşkil etdiyi növbəti tədbirə ev sahibliyi etdi.

Hafta.az xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Türkiyənin inkişafına beynəlxalq qadın könüllülərin töhfəsi Forumunun düzənlənməsində məqsəd dost və qardaş ölkələrin ortaq dəyərləri və müasir dövrün çağırışları fonunda qadın əməkdaşlığının gücləndirilməsi idi. Tədbirdə qadınların cəmiyyətdəki rolu, qadın hüquqları və qadın inkişafı mövzusundə müzakirələr aparıldı.

Təcrübələrini bölüşən çıxışçılar, diplomatik korpusların nümayəndələri, millət vəkilləri, Türkiyədən gələn işgüzar xanımlar bu kimi tədbirlərin bütövlükdə türk dünyası üçün, qadın birliyi, qadın töhfəsi baxımından əhəmiyyətini vurğuladılar. Bildirildi ki, birlikdə addımlayan türk qadınları gələcəyin daha güclü Türk birliyini yaradır.

Chosen
22
hafta.az

1Sources