EN

Ağır qəza oldu -

Ağdaşda yol-nəqliyyat hadisəsi olub.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, qəza Qumlaq kəndi yaxınlığında baş verib.

"BMW" və "VAZ-21010" markalı maşınların toqquşması zamanı bir ailənin 3 üzvü xəsarət alıb. Müxtəlif bədən xəsarətləri alan 1962-ci il təvəllüdlü Yeganə Eminova, həyat yoldaşı 1951-ci il təvəllüdlü Müğdət Eminov və oğulları 1987-ci il təvəllüdlü Anar Eminov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
21
4
metbuat.az

7Sources