EN

Rusiyaya qarşı tarixi saziş imzalandı

Bu gün Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə Polşanın Baş naziri Donald Tusk Londonda təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair saziş imzalayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sənəd sərhədlərin qorunması, mütəşəkkil cinayətkarlıqla mübarizə, kollektiv müdafiənin gücləndirilməsi və Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini əhatə edəcək.

Kir Starmer qeyd edib ki, saziş Britaniya ilə Polşa arasında müdafiə və təhlükəsizlik münasibətlərində mühüm addımdır.
 

“Bu sÉ™nÉ™d bizÉ™ müasir tÉ™hlükÉ™sizlik tÉ™hdidlÉ™rinÉ™ qarşı daha effektiv mübarizÉ™ aparmaÄŸa imkan verÉ™cÉ™k. HÉ™min tÉ™hdidlÉ™r bÉ™zÉ™n daha az görünür, lakin heç dÉ™ az tÉ™hlükÉ™li deyil. SaziÅŸ hÉ™mçinin Avropadakı tÉ™rÉ™fdaÅŸlarla daha sıx É™mÉ™kdaÅŸlıq etmÉ™k, tÉ™hlükÉ™sizliyi güclÉ™ndirmÉ™k, vÉ™tÉ™ndaÅŸlarımız üçün yeni imkanlar yaratmaq vÉ™ sabitliyi tÉ™min etmÉ™k istiqamÉ™tindÉ™ öhdÉ™liyimi tÉ™sdiqlÉ™yir”, – deyÉ™ Starmer bildirib.


Onun sözlərinə görə, təşəbbüs çərçivəsində birgə quru qoşunları pilotsuz uçuş aparatları, radioelektron mübarizə və mühəndis təminatı sahələrində operativ uyğunluğu artırmaq məqsədilə genişmiqyaslı təlimlər keçirəcək.

Britaniya hökumÉ™ti hÉ™mçinin bildirib ki, Starmer Donald Tusk ilÉ™ Avropada “hibrid hücumların artması” mÉ™sÉ™lÉ™sini dÉ™ müzakirÉ™ etmÉ™yi planlaÅŸdırır.

Qeyd edək ki, bundan əvvəl Kir Starmer hökuməti oxşar təhlükəsizlik sazişlərini Fransa və Almaniya ilə də imzalayıb. Sazişdə Rusiya əsas təhdid olaraq göstərilib.

Bzim.Media

Chosen
15
bizim.media

1Sources