EN

"Real" istəyir, amma "Komo"da qalmaq niyyətindədir

"Komo"nun futbolçusu Niko Paz “Real”a keçmək əvəzinə karyerasını hazırkı komandasında davam etdirmək niyyətindədir. 

Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, futbolçu İtaliya klubunda daha bir mövsüm keçirmək istəyir.

A Seriyası klubunun rəhbərliyi oyunçunu saxlamaqda maraqlıdır və bunun baş verməsi üçün əlindən gələni edir. Lakin son qərarı “Real” verəcək və Argentina millisinin oyunçusunu 2026-cı ildə 9 milyon avroya, 2027-ci ildə isə 10 milyon avroya geri almaq hüququna sahibdir. 

"Komo" “kral klubu”nun baş məşqçi postuna geri qayıdan Joze Mourinyonun Pazı dərhal heyətə qatmaq istədiyindən xəbərdardır. Bununla belə, klub qarşıdan gələn prezident seçkilərinin transferi bir il gecikdirəcəyinə ümid edir. Niko bu mövsüm A Seriyasında 35 oyun keçirib və 12 qol vurub.

Paz karyerasına "Real”da başlayıb və 12 yaşında "Tenerife"nin akademiyasından transfer olub. 

saytlarin hazirlanmasi

Chosen
4
1
sportal.az

2Sources