EN

Sabah hava əsasən yağmursuz olacaq

Azərbaycanda mayın 28-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-19, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 16-21, bəzi yerlərdə 23-26 dərəcə isti olacaq.

Chosen
63
49
azerbaijan-news.az

10Sources