EN

Konqoda minə yaxın şəxsdə Ebola simptomları müşahidə olunur

BAKI, 27 may. TELEQRAF

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına şübhəli bilinən təxminən 1000 hal aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Roqer Kamba məlumat verib.

Nazir ölkədə təxminən min nəfərdə xəstəliyin əlamətlərinin müşahidə edildiyini bildirib.

Onun sözlərinə görə, bu şəxslərdən 101-də Ebola virusu laborator testlər vasitəsilə təsdiqlənib.

Nazir həmçinin qeyd edib ki, təxminən 220 nəfərin Ebola səbəbindən öldüyü ehtimal olunur. Ölüm hallarından 17-si laborator analizlərlə təsdiqlənib.

Rəsmi məlumatlara əsasən, yoluxmuş şəxslərlə təmasda olmuş təxminən 3600 nəfər müəyyən edilib və onlar epidemioloji nəzarətə götürülüblər.

Chosen
27
teleqraf.com

1Sources