"Neftçi" yeni transfer gerçəkləşdirib.
QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi "Şamaxı"dan ayrılan Rüfət Abbasovu heyətinə qatıb. 21 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Rüfət Abbasov 2021-2022-ci illərdə "Neftçi-2"nin formasını geyinib.