EN

Hava Trampın səfərinə mane oldu

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında bugünkü proqramı ilə bağlı dəyişiklikləri açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Tramp paylaşımında bildirib: 

“Mümkün əlverişsiz hava şəraiti səbəbindən Nazirlər Kabinetinin iclasını Ağ Evdə keçirəcəyik və kabinetin Camp David səfərini təxirə salacağıq”.

Camp David paytaxt Vaşinqtondan təxminən 100 kilometr qərbdə yerləşir. Bura ABŞ-nin keçmiş prezidenti Cimmi Karter, Misir lideri Ənvər Sədat və İsrailin baş naziri Menaçem Begin arasında 1978-ci ildə İsrail-Misir sülh prosesinə start verən razılaşmanın imzalandığı məkan kimi tanınır.

Chosen
13
1
cebheinfo.az

2Sources