Bu gün növbəti mövsüm üçün 1-ci liqaya vəsiqə qazanan son komanda məlum olacaq.
"Football-plus.az" xəbər verir ki, pley-off oyununda "Şimal" "Qaradağ Lökbatan"la qarşılaşır. Şamaxı şəhər stadionunda keçirilən oyun saat 16.00-da start götürüb. Oyunda VAR sistemi də tətbiq edilib.
2025/26 mövsümündə "Şimal" 1-ci liqada 9-cu, "Qaradağ Lökbatan" isə 2-ci liqada 2-ci yeri tutub.
Şimal - Qaradağ Lökbatan 0:0 (fasilə)