Göyçayda zəncirvari yol-nəqliyyat qəzasında ölənlərin sayı 2-ə çatıb.
"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı 2016-cı il təvəllüdlü Leyla Feyzullayeva hadisə yerində ölüb.
Yaralılardan H. Salahov isə xəstəxanada ölüb.
1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1968-ci il təvəllüdlü İmran Əmrahov, 1970-ci il təvəllüdlü Hüseyn Salahov, 1988-cü il təvəllüdlü Arzu Feyzullayeva və 2 yaşlı qız uşağı isə xəsarət alıblar.
Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Göyçayda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün saat 14 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində "Opel", "KİA" və "Chevrolet" markalı avtomobillər toqquşub.
Nəticədə yeniyetmə (qız) sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.