Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Nural Turab oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 26 may 2026-cı il