EN

Kundenin taleyi Dünya Çempionatında həll oluna bilər

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İspaniyanın “Barselona” futbol komandasının müdafiəçisi Jül Kunde üçün qarşıdakı Dünya Çempionatı həlledici xarakter daşıyacaq.

İdman.Biz “SPORT”a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi fransalı futbolçunun turnirdəki performansını yaxından izləyəcək. Klub rəhbərliyi Kundenin gələcəyi ilə bağlı yekun qərarı məhz mundialdan sonra verə bilər.

27 yaşlı müdafiəçinin 2025/2026 mövsümündəki qeyri-sabit çıxışı “Barselona”da müəyyən suallar yaradıb. Klub onun peşəkarlığına və keyfiyyətlərinə inansa da, futbolçudan əvvəlki səviyyəsinə qayıtmasını gözləyir.

Əsas narahatlıq isə sağ cinah müdafiəçisi mövqeyi ilə bağlıdır. Erik Qarsianın uğurlu mövsümündən sonra “Barselona”nın onu bu mövqedə daha ciddi variant kimi nəzərdən keçirməsi Kundenin statusunu zəiflədib.

Kataloniya klubu artıq sabiq “Sevilya” futbolçusunu toxunulmaz oyunçu hesab etmir. Bildirilir ki, əgər yayda ciddi təklif daxil olsa, “Barselona” onun satışını da müzakirə edə bilər.

Kunde Fransa millisinin heyətində 2026-cı il Dünya Çempionatına çağırılıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
38
icma.az

1Sources