EN

ABŞ Rusiyanın planını pisləyən ölkələrə qoşulmayıb

Rusiyanın Kiyevə zərbə endirmək planlarını pisləyən bəyanatı Avropa ölkələri, Yaponiya və Cənubi Koreya imzalayıb, lakin ABŞ onu dəstəkləməyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, müvafiq sənəd BMT Təhlükəsizlik Şurasına təqdim edilib və Ukraynanın daimi nümayəndəsi Andrey Melnik tərəfindən oxunub. Bəyanatı bir neçə Avropa ölkəsi, eləcə də Yaponiya və Cənubi Koreya da daxil olmaqla təxminən 50 ölkə imzalayıb. ABŞ imzalayan tərəf kimi qeyd olunmayıb.

Bəyanatın verilməsinə Moskvanın Kiyevə mümkün "sistematik zərbələr" barədə xəbərdarlıqları, eləcə də xarici diplomatların şəhəri tərk etmələri ilə bağlı çağırışları səbəb olub.

Daha əvvəl ABŞ dövlət katibi Rubio da bu cür zərbələri pisləməkdən çəkinib.

Musavat.com

 

Chosen
61
1
musavat.com

2Sources