EN

​İran tərəfinin yayımladığı mətn uydurmadır -

İran tərəfinin yayımladığı mətn uydurmadır. Metbuat.az xəbər verir ki, Ağ Ev belə bəyanat yayıb. Açıqlamada layihənin reallığı əks etdirmədiyi irəli sürülüb.

Qeyd edək ki, danışıqlar davam edərkən İran dövlət televiziyası ABŞ ilə müzakirə edilən layihənin təfərrüatlarını açıqlayıb. İddialara görə, ABŞ qoşunları İran ətrafından çəkiləcək və dəniz blokadası sona çatacaq. Tehran həmçinin Hörmüz boğazında gəmi hərəkətini 30 gün ərzində müharibədən əvvəlki səviyyəyə qaytarmağı öhdəsinə götürüb. Proses İran və Oman arasında əməkdaşlıq çərçivəsində aparılacaq. 60 gün ərzində razılıq əldə olunarsa, BMT Təhlükəsizlik Şurasının razılaşmanı təsdiqləməsi gözlənilir.

Chosen
38
metbuat.az

1Sources