EN

Natalya 6 cı dəfə ana olacaq Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyalı supermodel Natalya Vodyanova 6-cı dəfə ana olmağa hazırlaşır.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Fransanın məşhur “Vogue” jurnalına müsahibə verən modelin fotosu nəşrin üz qabığında yer alıb.

44 yaşlı model müsahibəsində bildirib ki, hamiləliyin ilk ayları onun üçün asan keçməyib: “İlk üç ayda zarafatla deyirdim ki, bu, ilk hamiləliyim kimidir. Həqiqətən çox çətin idi, amma indi özümü daha yaxşı hiss edirəm”.

Məlumat üçün bildirək ki, Vodyanova yeniyetmə yaşlarında bazarda meyvə-tərəvəz sataraq ailəsinə dəstək olub. O, autizm sindromundan və serebral iflicdən əziyyət çəkən iki bacısına baxmaq üçün çalışmaq məcburiyyətində qalıb. 16 yaşında olarkən bir model agentliyi tərəfindən kəşf edilən Natalya daha sonra Parisə köçərək qısa müddətdə “Gucci”, “Stella McCartney” və “Guerlain” kimi məşhur brendlərin simasına çevrilib.

Qeyd edək ki, N.Vodyanova dünyanın ən böyük lüks moda holdinqlərindən biri olan LVMH qrupunun varisi Antuan Arno ilə evlidir. “Forbes” jurnalının 2025-ci il dekabr məlumatına görə, modelin qayınatası Bernar Arno 190 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin şəxsləri sırasında yer alır. Arno ailəsi “Louis Vuitton”, “Tiffany & Co” və “Sephora” da daxil olmaqla 75-dən çox lüks brendi idarə edir.

Natalya Vodyanova ilk dəfə 2001-ci ildə britaniyalı daşınmaz əmlak milyonçusu Castin Portmanla ailə qurub. Cütlük 2011-ci ildə boşanıb. Modelin bu evlilikdən üç övladı var. O, həmin il hazırkı həyat yoldaşı Antuan Arno ilə moda çəkilişlərinin birində tanış olub. Onlar 2019-cu ildə nişanlanıb, 2020-ci ildə isə Paris meriyasında keçirilən sadə mərasimlə evləniblər. İkilinin 2014 və 2016-cı il təvəllüdlü iki oğlu var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
79
qafqazinfo.az

1Sources