EN

​Acunun komandası "Qalatasaray"ın ulduzunu istəyir

10 illik fasilədən sonra Premyer Liqaya yüksələn İngiltərənin "Hall Siti" klubu heyətini ulduz futbolçularla gücləndirməyi hədəfləyir. Metbuat.az xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb. Xarici mətbuatın yazdığına görə, türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu komandanın transfer siyahısında "Qalatasaray"ın ulduzu Roland Suallai də var. Premyer Liqa klubunun futbolçunun transferi üçün İstanbul təmsilçisi ilə danışıqlara başladığı bildirilir.

Qeyd edək ki, İngiltərə Çempionşipində pley-off mərhələsinin final oyununda "Midlspro"nu 1:0 hesabı ilə məğlub edən "Hall Siti" Premyer Liqaya vəsiqə qazanaraq 300 milyon avro qazanc əldə edib. Acun Ilıcali bu vəsaiti transfer siyasətinə yönəldərək, ulduzlardan ibarət heyət formalaşdırmağı hədəfləyir.

Chosen
2
34
metbuat.az

10Sources