EN

Noyer Finlandiya ilə oyunu buraxacaq

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniyanın “Bavariya” futbol komandasının qapıçısı Manuel Noyer Finlandiya millisinə qarşı yoldaşlıq oyununda iştirak etməyəcək.

İdman.Biz xəbər verir ki, Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsman 40 yaşlı qolkiperin baldır əzələsindəki problemə görə 31 mayda keçiriləcək görüşdə oynamayacağını təsdiqləyib. Mütəxəssis bildirib ki, məşqçilər korpusu riski artırmamaq üçün belə qərar verib.

Naqelsmanın sözlərinə görə, bu qərar Noyerlə də müzakirə olunub və təcrübəli qapıçı bununla razılaşıb. Almaniya millisinin çalışdırıcısı Finlandiya ilə matçda qapını Oliver Baumanın qoruyacağını açıqlayıb.

Qeyd edək ki, Noyer bu yaxınlarda beynəlxalq karyerasını bərpa edərək Almaniyanın 2026-cı il Dünya Çempionatı üçün heyətinə daxil edilib. Naqelsman onu mundial üçün əsas qapıçı kimi planlaşdırır.

Təcrübəli qolkiper ötən mövsüm “Bavariya”nın heyətində 37 matçda meydana çıxıb və bunların 11-də qapısını toxunulmaz saxlayıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
icma.az

1Sources