Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda Moskvanın Bakıdan iki məsələ üzrə razılıq gözlədiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Qaluzin Rusiyanın Bakıda “Rus evi”nin fəaliyyətinin bərpasına və Azərbaycanın şəhərlərindən birində Rusiyanın baş konsulluğunun açılmasına ümid etdiklərini bildirib.
Onun sözlərinə görə, Moskva Azərbaycanla humanitar və diplomatik əlaqələrin genişləndirilməsində maraqlıdır.
Rusiya rəsmisi qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün bu addımlar mühüm əhəmiyyət daşıyır.
Musavat.com