Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Bununla bağlı "X"dəki hesabında paylaşım olunub.
"Çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olan 28 May – Müstəqillik Günü münasibətilə əziz həmvətənlərimizi səmimi-qəlbdən təbrik edir, xalqımıza və dövlətimizə əbədi müstəqillik, tərəqqi və əmin-amanlıq arzulayırıq. Yaşasın qüdrətli və müstəqil Azərbaycan!", - paylaşımda qeyd edilib.