Bakı, 28 may, AZƏRTAC
UEFA Konfrans Liqasının 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, final qarşılaşmasında İngiltərənin "Kristal Pelas" və İspaniyanın Rayo Valyekano" komandaları üz-üzə gəlib. Həlledici oyun Almaniyanın Leypsiq şəhərində yerləşən "Red Bull Arena"da keçirilib.
Görüş "Kristal Pelas"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, UEFA Konfrans Liqasının qalibi olan "Kristal Pelas" növbəti mövsümdə Avropa Liqasının əsas mərhələsində iştirak edəcək.