EN

AK sədri: Ukrayna bu il hərbi ehtiyaclar üçün 28,3 milyard avro alacaq

Avropa İttifaqı (Aİ) 2026-cı ildə Ukraynanın hərbi ehtiyaclarını ödəmək üçün 28,3 milyard avro kredit ayıracaq.

"Far.Az"un məlumatına görə, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra "X" sosial şəbəkəsində bildirib.

"Rusiyanın şiddətlənən qəddar, təcavüzkar müharibəsi fonunda Avropanın Ukraynaya tam dəstəyini təsdiqlədim. Ukraynanı dəstəkləmək üçün ayrılan kredit mühüm töhfə verəcək. Təkcə bu il Avropa Ukraynanın hərbi ehtiyaclarını ödəmək üçün 28,3 milyard avro təmin edəcək", - o yazıb.

Onun sözlərinə görə, Ukrayna həmçinin Avropanın dron istehsalı layihələrinə tam inteqrasiya olunacaq: "Hava hücumundan müdafiə, eləcə də dron və dron əleyhinə imkanlar Avropanın ən təcili müdafiə prioritetləri arasındadır. Ukrayna isə bu səylərə tam inteqrasiya olunacaq".

Fon der Lyayenin sözlərinə görə, tərəflər həmçinin Ukraynanın Aİ üzvlüyünə gedən yolunu müzakirə ediblər. "Qoşulma prosesində irəliyə doğru qətiyyətli addımlar atmaq üçün qarşıdakı həftələr çox vacib olacaq", - o, aydınlıq gətirib.

Daha əvvəl "Euractiv" yüksək vəzifəli məmura istinadən Avropa Komissiyasının Ukrayna və Moldova arasında ilk üzvlük danışıqları klasterinin 16 iyunda açılmasını təklif edəcəyini bildirib. Qeyd olunur ki, AK təklifi Brüsseldə keçiriləcək Avropa nazirlərinin görüşündə, Ümumi Məsələlər Şurasının bir hissəsi olaraq təqdim edəcək. Bu cədvəl Aİ liderlərinə iki gün sonra Brüsseldə keçiriləcək Avropa Şurasının görüşündə həmin addımı təsdiqləməyə imkan verəcək.

Chosen
132
far.az

1Sources