EN

Ronaldu Milyanı yanına çəkir: “Əl Nəsr”dən böyük həmlə

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İspaniyanın “Xetafe” futbol komandasının yarımmüdafiəçisi Luis Milya Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubuna keçməyə yaxındır.

İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, 31 yaşlı futbolçu yaxın günlərdə gələcəyi ilə bağlı yekun qərar verəcək.

Səudiyyə Ərəbistanı klubu Milya üçün “Xetafe”yə altı milyon avro (12 milyon AZN) ödəməlidir. Bu məbləğin qışda tərəflər arasında razılaşdırıldığı, futbolçunun sərbəst qalma bəndinin isə 20 milyon avrodan (40 milyon AZN) aşağı salındığı bildirilir.

Milya maliyyə baxımından sərfəli təklifə yaxın olsa da, İspaniyanın “Vilyarreal” futbol komandasının variantını da nəzərdən keçirir. Onun “Əl-Nəsr”də Kriştianu Ronaldu, Joau Feliks, Marselo Brozoviç və İniqo Martines kimi futbolçularla birlikdə oynamaq perspektivindən təsirləndiyi qeyd olunur.

İspaniyalı yarımmüdafiəçi başa çatan mövsümdə La Liqanın ən məhsuldar oyunçularından biri olub. O, məhsuldar ötürmələrin sayına görə yalnız “Barselona”nın futbolçusu Lamin Yamaldan geri qalıb.

Milya ilə “Betis”, “Komo” və “Olimpiakos” da maraqlanır.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
103
icma.az

1Sources