EN

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq -SABAHIN HAVASI

Mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Havanın temperaturu gecə 17-19°, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət isə 60-70 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 16-20°, gündüz 27-32°, dağlarda gecə 7-12°, gündüz 16-21°, bəzi yerlərdə 23-26° isti olacaq.

Chosen
62
49
senzor.az

10Sources