ABŞ-ın bu həftə ərzində İrandakı hərbi obyektlərə ikinci dəfə zərbə endirməsi tərəflər arasında hərbi münaqişənin yenidən başlanması ehtimalını gücləndirib.
Musavat.com xəbər verir ki, dünya neft bazarı bu riskə dərhal reaksiya verib: Dünən 94 dollara qədər enən qiymətlər sürətlə artır.
Londonun ICE birjasında Brent markalı neftin iyul fyuçersləri 1 barel üçün 3 dollardan çox bahalaşaraq 97,50 dollar olub.
Nyu-Yorkun NYMEX birjasında WTI neftinin qiyməti isə 3 dolalra yaxın artmaqla 91,90 dollar təşkil edir.
Hazırda bazar iştirakçıları İranın zərbələrə cavabını gözləyir.
Musavat.com