EN

Vinisius Junior: “Lamin dünyanın ən yaxşılarından biridir”

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Lamin Yamal Braziliya millisinin və İspaniyanın “Real Madrid” futbol komandasının vingeri Vinisius Juniorun yüksək qiymətini alıb.

İdman.Biz xəbər verir ki, braziliyalı futbolçu 2026-cı il Dünya Çempionatı öncəsi İspaniya yığmasının şanslarını dəyərləndirərkən Yamal barədə xüsusi danışıb.

“İspaniya Dünya Çempionatının favoritlərindən biridir. Onlar Avropa çempionu olublar və Lamin Yamal kimi futbolçuya sahibdirlər. Lamin dünyanın ən yaxşılarından biridir. Azarkeşlər onun kimi oyunçulara görə bilet alırlar”, - deyə Vinisius bildirib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
65
31
icma.az

10Sources