ABŞ hakimiyyəti İranın yaratdığı Hörmüz boğazında gəmiçiliyə nəzarət idarəsinə qarşı sanksiyalar tətbiq edib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin yaydığı məlumatda bildirilib.
Məlumata əsasən, “Fars körfəzi idarəsi” adlı İran qurumu ABŞ-nin xüsusi təyin olunmuş şəxslər və təşkilatlar üzrə sanksiya siyahısına daxil edilib.
Qeyd edək ki, bundan əvvəl “Axios” portalı ABŞ hərbçilərinin İranın pilotsuz uçuş aparatlarının buraxılması üçün nəzərdə tutulan qurğunu və dörd dronunu məhv etdiyini yazmışdı.