EN

ABŞ İranın hərbi obyektinə zərbə endirdi

ABŞ ordusu İranda hərbi obyektə zərbələr endirib, bir neçə İran pilotsuz uçuş aparatını da məhv edib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Məlumatda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İranın cənubunda yerləşən hədəflərə qarşı əməliyyat keçirdiyi bildirilir. İddialara görə, əməliyyat zamanı İran dronları havada zərərsizləşdirilib.

ABŞ rəsmisi iddia edir ki, obyekt Hörmüz boğazında ABŞ qüvvələri və kommersiya gəmiçiliyi üçün təhdid yaradır.

İranın Fars xəbər agentliyi xəbər verir ki, Bəndər Abbas liman şəhərinin şərqində üç partlayış səsi eşidilib və hava hücumundan müdafiə sistemləri bir neçə dəqiqə ərzində işə salınıb.

Mənbələr qeyd edir ki, Vaşinqton bu addımı “özünümüdafiə tədbiri” kimi qiymətləndirir. Hadisənin bölgədə onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirə biləcəyi vurğulanır.

Musavat.com

Chosen
5
1
editor.az

10Sources