EN

“Neftçi”nin hücumçusu: “Bakıda olmaqdan məmnunam”

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kəpəz”lə görüşün nəticəsi turnir cədvəli baxımından əhəmiyyət kəsb etmirdi”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Neftçi”nin hücumçusu İmad Faraj deyib.

27 yaşlı futbolçu bildirib ki, qarşılaşmanın turnir cədvəli baxımından əhəmiyyəti olmasa da, komanda mövsümü qələbə ilə başa vurmaq istəyirdi.

“Kəpəz”lə görüşün nəticəsi turnir cədvəli baxımından əhəmiyyət kəsb etmirdi. Amma bu, mövsümün son oyunu idi. Qələbə qazanmaq istəyirdik. Baş məşqçimiz də bizdən 3 xal tələb edirdi. Çempionatı qələbə ilə başa vurmaq niyyətində idik”, - deyə o qol.az-a açıqlamasında deyib.

Fransalı hücumçu “Neftçi”nin avrokuboklarda uğurlu çıxış edəcəyinə inandığını da vurğulayıb:

“Avrokuboklara vəsiqə qazandığımız üçün sevinirik. Amma bununla kifayətlənmək olmaz. İndi artıq qrup mərhələsi barədə düşünməliyik. Baş məşqçimizlə birlikdə bunu bacaracağımıza inanıram”.

Faraj sonda Bakıda və “Neftçi”də özünü rahat hiss etdiyini bildirib:

“Klubla daha iki illik müqaviləm var. “Neftçi”də hər şey məni qane edir. Bakıda olmaqdan məmnunam”.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
icma.az

1Sources