Dünya yeni ölümcül virus təhlükəsi ilə üz-üzədir.
Day.Az xarici mediaya istinadən xəbər verir ki, virusun sürətlə yayıldığı bildirilərək, bəzi ölkələr sərhədlərdə nəzarəti gücləndirib və müvəqqəti giriş-çıxışları dayandırıb.
Hava limanları və quru sərhədlərində termal kameralar quraşdırılıb, şübhəli şəxslər gözetimə alınıb.
Səhiyyə ekspertləri erkən izolasiya və gigiyena qaydalarına riayət etməyin vacibliyini vurğulayıb. Toplu tədbirlər ləğv olunur, bəzi məktəblər müvəqqəti bağlanır, vətəndaşlardan kütləvi yerlərdən uzaq durmaları və simptomlar müşahidə edilərsə dərhal tibbi yardıma müraciət etmələri xahiş olunur.
Dünya Səhiyyə Təşkilatı vəziyyəti izləyir və yeni tədbirləri qiymətləndirir. Rəsmi şəxslər panikaya qapılmamağı tövsiyə edərək, virusun yayılma sürətinin araşdırıldığını açıqlayıblar.