EN

Nazir çox sərt danışdı: İrana ultimatum

"ABŞ ordusu İranla danışıqlarda Tehranın nüvə silahı əldə etməsinə mane olan bir razılaşma əldə edilməsə, İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır".

"Cebheinfo.az" xəbər verir ki, bunu Pentaqon katibi Pit Heqset bildirib.

"Ya danışıq aparanlarınız heç vaxt nüvə silahına sahib olmamalarına zəmanət verəcəklər, ya da bunu etmək üçün Müdafiə Nazirliyinə müraciət etməli olacağıq. Biz buna hazırıq", - deyə Heqset çərşənbə günü ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri arasında keçirilən görüşdə bildirib.

ABŞ-nin blokadasının İran limanlarına və iqtisadiyyatına ciddi zərbə vurduğunu qeyd edən Pentaqon rəhbəri hərbi təzyiqin Tehranı danışıqlar masasına oturtmağa məcbur etdiyini vurğulayıb.

Xəzər

"Cebheinfo.az"

Chosen
20
6
cebheinfo.az

7Sources