EN

Uzun yay tətili tarix ola bilər: yeni model hazırlanır

Ankara- Türkiyədə 2026-2027-ci tədris ili üçün məktəb təqviminə dair yeni dəyişikliklər gündəmdədir.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, Milli Eğitim Bakanlığı tərəfindən aparılan müzakirələr çərçivəsində mövcud təhsil sisteminin daha çevik və effektiv modelə uyğunlaşdırılması planlaşdırılır.

Hazırkı sistemdə tədris ili iki əsas dönəmdən ibarətdir və şagirdlər ildə iki dəfə qısa ara tətilə çıxırlar. Lakin mütəxəssislər uzun yay tətilinin şagirdlərdə “öyrənmə itkisinə” səbəb olduğunu bildirirlər.Müzakirə olunan əsas dəyişikliklər arasında yay tətilinin bir neçə həftə qısaldılması, il ərzində daha çox lakin daha qısa tətillərin tətbiqi və modul tədris modelinə keçid variantları yer alır.

Yeni modelə görə, dərs ili daha kiçik dövrlərə bölünə, hər bir tədris blokundan sonra qısa fasilələr verilə bilər. Bununla yanaşı, yay dövründə könüllü təhsil proqramlarının genişləndirilməsi də nəzərdən keçirilir.Rəsmilər bildirir ki, bu dəyişikliklərin əsas məqsədi təhsilin keyfiyyətini artırmaq, şagirdlərin diqqətini daha stabil saxlamaq və tədris prosesini beynəlxalq standartlara yaxınlaşdırmaqdır.

Lakin hələlik bu dəyişikliklərlə bağlı yekun qərar qəbul edilməyib. Yeni təqvimin yalnız pilot layihələr və müzakirələr mərhələsində olduğu açıqlanıb.

Chosen
23
azedu.az

1Sources