EN

“Simpsonlar”ın ssenaristi ABŞ prezidenti olmaqİSTƏYİR

Məşhur “Simpsonlar” serialında Donald Trampın prezident olacağını göstərən bölümü yazan ssenarist Den Qrini 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində namizəd olmaq istədiyini açıqlayıb.

Redaktor.az axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə öz yutub kanalında yayımladığı videomüraciətdə bildirib.

“Prezidentliyə namizəd oluram. Mənim platformam — hamı üçün Amerikadır. Gəlin bunu birlikdə edək” deyə, Qrini vurğulayıb.

Söhbət 2000-ci ildə yayımlanan “Bart gələcəkdə” adlı bölümdən gedir. Həmin seriyada Bart Simpson gələcəyi görür və bacısı Lizanın ABŞ-ın ilk qadın prezidenti olduğunu öyrənir. Bölümlərdən birində Liza Oval kabinetdə əvvəlki prezidentdən qalan maliyyə problemlərini müzakirə edir. Süjetə görə, həmin prezident Donald Tramp idi.

Bu epizod Trampın 2016-cı ildəki real seçki qələbəsindən 16 il əvvəl yayımlandığı üçün serialın yaradıcısı Mett Qroeninq tez-tez “peyğəmbər” adlandırılır.

Chosen
5
2
redaktor.az

3Sources