Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ölkəsinin uranın zənginləşdirilməsi hüququ, zənginləşdirilmiş uranın saxlanılması, Hörmüz boğazı üzərindəki səlahiyyətləri və sanksiyaların ləğvi kimi “qırmızı xətlərindən” geri addım atmayacağını bəyan edib.
"Cebheinfo.az" xəbər verir ki, Əzizi sosial media hesabında paylaşdığı açıqlamada bildirib:
“İran Trampın bəyanatları qarşısında uranın zənginləşdirilməsi hüququ, zənginləşdirilmiş uranın saxlanılması, Hörmüz boğazı üzərindəki hüquqları və sanksiyaların aradan qaldırılması kimi qırmızı xətlərindən geri çəkilməyəcək.”
İranlı siyasətçi həmçinin Trampın “strateji çıxılmaz vəziyyətdən çıxış yolu axtardığını” iddia edib. Əzizinin sözlərinə görə, ABŞ Prezidenti bir tərəfdən hədələr səsləndirir, digər tərəfdən isə razılaşma çağırışları edir.
Son dövrlərdə Vaşinqton və Tehran arasında nüvə proqramı, regional təhlükəsizlik və enerji marşrutları ilə bağlı gərginliyin yenidən artdığı müşahidə olunur.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.