Amerika Birləşmiş Ştatları Azərbaycanla tərəfdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır və Cənubi Qafqazda dayanıqlı sülhə sadiqliyi alqışlayır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubionun 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqınına təbrikində deyilir.
Təbrik ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc edilib:
"Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Son bir il ərzində münasibətlərimizi strateji tərəfdaşlığa yüksəltdik və bu, vitse-prezident Cey Di Vens və Prezident İlham Əliyev tərəfindən Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə nəticələndi.