EN

Türkmən nazir Vaşinqtonda: Dövlət Departamenti məlumat yaydı

ABŞ Dövlət katibinin müavini Kristofer Landau mayın 27-də ABŞ-da səfərdə olan Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla görüşüb.

Musavat.com ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqotun yazılı açıqlamasına istinadən xəbər verir ki, ABŞ paytaxtında keçirilən görüşdə tərəflər iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Piqot qeyd edib ki, Landau və Meredov "ABŞ və Türkmənistana fayda verəcək ticarət əlaqələrinin daha da genişləndirilməsini" müzakirə ediblər: "Onlar həmçinin iqtisadi əlaqələrin, mədəni və təhsil mübadilələrinin və ikitərəfli təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsinin vacibliyini qeyd etdilər". 

Musavat.com

Chosen
62
musavat.com

1Sources