EN

"Kristal Pelas" UEFA Konfrans Liqasının 2026-cı il mövsümünün qalibi oldu

Futbol üzrə Konfrans Liqasının finalı Almaniyanın Leypsiq şəhərində keçirildi.

Oxuməni.az xəbər verir ki, trofey uğrunda həlledici oyunda İngiltərənin "Kristal Pelas" klubu ilə İspaniyanın "Rayo Valyekano" klubu qarşılaşdı. Matçın baş hakimi Mauritsio Mariyani idi.

Oyun London klubunun 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Matçda yeganə qolu 51-ci dəqiqədə "Pelas"ın fransız hücumçusu Jan-Filipp Mateta vurdu.

"Kristal Pelas" tarixində ilk dəfə Konfrans Liqasının qalibi oldu və bu turnirdə qələbə qazanan üçüncü İngiltərə klubu kimi tarixə düşdü. London təmsilçisi üçün bu, klub tarixində üçüncü kubokdur. Daha əvvəl klub 17 may 2025-ci ildə "Mançester Siti" üzərində 1:0 hesabıyla qələbə qazanaraq İngiltərə Kubokunu, həmçinin ölkə Superkubokunu da qazanıb. Bütün bu titullar 2025-2026-cı illərdə, klubun baş məşqçisi Oliver Glasner olduğu dövrdə qazanılıb.

Keçən həftə başqa bir İngiltərə klubu "Aston Villa" Avropa Liqasının qalibi oldu, şənbə günü isə, 30 may tarixində, Çempionlar Liqasının finalı keçiriləcək, orada Londonun "Arsenal" klubu ilə Fransanın "PSJ" klubu qarşılaşacaq.

Almaz Həsənli

Chosen
30
1
oxumeni.az

2Sources