EN

BMT-dən ciddi xəbərdarlıq: Asiyada su qıtlığı təhlükəsi artır

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, 2030-cu ilə qədər Asiya ölkələrində suya olan tələbat 50 faizdən çox artacaq.

Bunu BMT-nin iqtisadi və sosial məsələlər üzrə baş katib müavini Li Cünxua Düşənbədə keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, su ehtiyatlarının səmərəli idarə olunması üçün inteqrasiya olunmuş yanaşmalar və güclü beynəlxalq əməkdaşlıq vacibdir.

"Proqnozlara əsasən, yalnız Asiyada suya tələbat 2030-cu ilə qədər 55 faiz artacaq", - deyə o vurğulayıb.

BMT daha əvvəl də dünyada "qlobal su böhranı" təhlükəsinə diqqət çəkmişdi. Hesabata görə, təxminən 3 milyard insan su ehtiyatları azalan və ya qeyri-sabit bölgələrdə yaşayır. Bundan əlavə, buzlaqların kütləsinin 30 faizdən çoxu artıq itib.
Chosen
1
3
7news.az

4Sources