EN

ABŞ İrandakı hərbi obyektə zərbə endirib

Reuters agentliyi adı açıqlanmayan ABŞ rəsmisinə istinadən xəbər verir ki, "ABŞ ordusu İrandakı Hörmüz boğazında ABŞ qüvvələri və kommersiya gəmiçiliyi üçün təhlükə yaratdığına inandığı hərbi obyektə daha bir zərbə endirib".

Oxuməni.az xəbər verir ki, Reuters mənbəyi həmçinin ABŞ ordusunun oxşar təhlükə yaradan bir neçə əlavə dronu ələ keçirdiyini və vurduğunu bildirib.

Bu arada, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ qüvvələrinin Bəndər Abbas hava limanı yaxınlığındakı obyektə etdiyi "düşmən hücumuna" cavab olaraq "ABŞ hava bazasına" zərbə endirdiyini iddia edir. SEPAH-ın mətbuat xidmətinin açıqlaması Tasnim xəbər agentliyi tərəfindən dərc edilib. Hava bazası dəqiqləşdirilməyib.

26 mayda ABŞ ordusu İranın Bəndər Abbas liman şəhərində SEPAH-ın iki qayığını və bir yer-hava raket meydançasını məhv edib. Bunların İranla atəşkəsə son qoymayan müdafiə zərbələri olduğu iddia edilirdi.

Bir gün əvvəl ABŞ ordusunun İslam Respublikasına qarşı əməliyyatların yenidən başlaması halında İrandakı hədəflərin yenilənmiş siyahısını hazırladığı bildirilib.

Almaz Həsənli

Chosen
47
oxumeni.az

1Sources