EN

ABŞ narkotik daşıyan gəmini bombaladı — İki nəfər öldürüldü

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) narkotik qaçaqmalçılığı ilə məşğul olduğu bildirilən katerə aviazərbələr endirib.

Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, "Cənubi Nizə" əməliyyat qrupu terror təşkilatları kimi təsnif edilən qurumlar tərəfindən idarə olunan gəmiyə ölümcül kinetik zərbə endirib.

Kəşfiyyat məlumatları su nəqliyyat vasitəsinin Sakit okeanının şərq hissəsində məlum narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini, həmçinin narkotrafik məqsədilə istifadə olunduğunu təsdiqləyib.

Katerə endirilən zərbə nəticəsində iki nəfər məhv edilib", - deyə məlumatda qeyd olunub.

Demokrat.az
Chosen
19
3
demokrat.az

4Sources