Azərbaycan millisinin hücumçusu Mahir Emreli vaxtikən məşhur türkiyəli iş adamı Acun İlıcalının sahibi olduğu “Hall Siti”dən təklif aldığını açıqlayıb.
ONN media Sportinfo.az-a istinadla xəbər verir ki, Emreli bu barədə “CBC Sport”un canlı efirində yayımlanan “90 dəqiqə” verilişində danışıb.
Mahir Emreli hətta Acun İlıcalı ilə birbaşa danışdığını və aparılan müzakirələrin detallarını açıqlayıb:
“Lakin mətbuatda oxuyanda “Hall Siti”yə bir vaxtlar Zaqreb “Dinamo”sunda birgə çalışdığım Yakiroviç baş məşqçi gəlir, fikrimi dəyişdim. Mən Yakiroviçə böyük hörmət edirəm, amma bilirdim ki, onun oynadığı sistemə uyğun deyiləm