Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampa qarşıdan gələn parlament seçkilərini dəstəklədiyinə görə təşəkkürünü bildirib.
Oxuməni.az xəbər verir ki, daha əvvəl Tramp özünün Truth Social səhifəsində 7 iyun 2026-cı il tarixində Ermənistanda keçirilən səsvermədə Paşinyanı tam və qeyd-şərtsiz dəstəklədiyini bildirmişdi.
Paşinyan cavab olaraq X sosial media platformasında yazıb: "Cənab Prezident Donald Tramp, belə yüksək təriflər və xoş sözlər üçün təşəkkür edirəm."
Almaz Həsənli