EN

Oliver Qlasner: Azarkeşlər bu kuboka layiq idi

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasner UEFA Konfrans Liqasının finalından sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, matçdan sonra "TNT Sports" kanalına danışan Qlasner komandasının bu uğura tam layiq olduğunu bildirib:"Bu münasibətlə oyunçularımı və bütün komandanı təbrik edirəm. Gözlədiyimiz kimi bir oyun oldu. Xüsusilə fasilədən sonrakı ilk 15 dəqiqədə inanılmaz çıxış etdik. Qolu vurduq və matçın taleyini daha tez həll edə bilərdik. Sonda isə çox yaxşı müdafiə olunduq. Möhtəşəm bir axşam idi. Düşünürəm ki, bu oyunçu qrupu, bu klub və bu azarkeşlər Konfrans Liqasını qazanmağa layiq idi. Buna görə çox xoşbəxtəm".Mövsümün sonunda komandadan ayrılacaq avstriyalı mütəxəssis bunun onun üçün son oyun olduğuna inanmağın çətin olduğunu da etiraf edib:"Bunun son oyunum olduğuna hələ də inana bilmirəm. Amma bu qərarı mən özüm vermişəm. Düşünürəm ki, bu, "Kristal Pelas"ın tarixində gözəl bir fəsildir və qarşıda hələ yeni-yeni fəsillər olacaq".Qeyd edək ki, Oliver Qlasner yanvar ayında mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
sport24.az

1Sources