EN

Konfrans Liqası: Finalın ən yaxşı oyunçusu bilindi

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA "Kristal Palas"ın yarımmüdafiəçisi Adam Uortonu Konfrans Liqasında "Rayo Valyekano" ilə final qarşılaşmasının ən yaxşı oyunçusu seçib.

Fanat.Az xəbər verir ki, məlumatı qitə futbol qurumunun mətbuat xidməti yayıb.

22 yaşlı ingilis bütün matçı oynayıb. "Sofascore" statistika portalına görə, o, 38 ötürmədən 30-unu dəqiq yerinə yetirib, 5 epizodda rəqibin hücumunu əngəlləyib, 5 ikili dueldən 3-də, o cümlədən 5 hava mübarizəsindən 2-də qalib gəlib. Uorton həmçinin 7.6 reytinqlə matçın ən yaxşı oyunçusu olub.

Adam Uorton bu mövsüm 53 oyun keçirib, 1 qol vurub və 7 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Konfrans Liqasının finalında Kristal Palas "Rayo Valyekano"nu 1:0 hesabı ilə məğlub edib. 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
fanat.az

2Sources