ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Georgi Tixiy Rusiyanın Ukrayna paytaxtına zərbə təhdidləri fonunda ABŞ səfirliyinin Kiyevdən təxliyə edilməsi barədə məlumatı təkzib edib.
"Report" "İnterfaks-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə o jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"ABŞ səfirliyinin təxliyəsi barədə məlumat həqiqəti əks etdirmir", - G. Tixiy deyib.
Daha əvvəl bir sıra KİV-lərdə Kiprdə xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallasın sözləri yayılmışdı.
"Biz Ukraynadan eşitdik ki, biri istisna olmaqla, bütün səfirliklər yerindədir... Bütün avropalılar qalır, ABŞ gedir", - o bildirmişdi.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.