Latviya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.
"Müstəqillik Günü münasibətilə Azərbaycana səmimi təbriklərimizi çatdırır, firavanlıq və rifah arzulayırıq!"- təbrikdə bildirilib.