EN

ABŞ səfirliyi Kallasın Amerika diplomatlarının Kiyevi tərk etməsi ilə bağlı açıqlamasına cavab verib - YENİLƏNİB

ABŞ-ın Ukraynadakı səfirliyi Kiyevi tərk etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

APA-nın xəbərinə görə, səfirliyin “X” platformasında açıqlamasında deyilir ki, ABŞ-ın diplomatik nümayəndəliyi açıqdır, fəaliyyətlərində heç bir dəyişiklik yoxdur və digər bütün bu tip məlumatlar yanlışdır.

Səfirlikdən həmçinin bildirilib ki, Dövlət Departamenti Kiyevdə təhlükəsizlik vəziyyətini və ABŞ vətəndaşlarının təhlükəsizliyini mütəmadi olaraq qiymətləndirir.

***

11:06

ABŞ səfirliyi istisna olmaqla, heç bir Avropa ölkəsinin səfirliyi Kiyevdəki missiyasını təxliyə etməyib.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Kiprdə keçirilən Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə gedərkən bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgiy Tixiy isə ABŞ-ın diplomatik nümayəndəliyinin Ukrayna paytaxtını tərk etməsi ilə bağlı məlumatları təkzib edib.

O qeyd edib ki, ABŞ səfirliyinin Kiyevdən çıxması ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Chosen
48
2
apa.az

3Sources