Keniyada məktəblilər yuxuda olarkən yataqxana yandı: Azı 10 şagird həlak oldu
Keniyanın mərkəzi hissəsində yerləşən Nakuru bölgəsindəki məktəb yataqxanasında baş verən genişmiqyaslı yanğın nəticəsində ən azı 10 qız şagird həlak olub.
Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, faciəvi hadisə gecə saatlarında, binada olan bütün şagirdlərin yuxuda olduğu vaxt baş verib.